İmmuniteti güclü saxlamaq üçün necə qidalanmaq lazımdır?
16.03.2022 441 0.0 0

İnsanlar koronavirusa yoluxmamaq üçün immunitetlərini gücləndirməyə çalışır. Lakin bir çox hallarda qıdalanmaya düzgün əməl edilmir.

Məlumata görə, bunu Səhiyyə Nazirliyinin mütəxəsis-eksperti, terapevt Zakir Quliyev deyib.

O qeyd edib ki, yaxşı qidalanmaq üçün hər qidadan balanslı qidalanmaq lazımdır. “Elə insanlar var ki, immunitetin güclənməsi üçün hansısa bir qidadan daha çox istifadə edir. Lakin bu, doğru deyil. İstifadə edilən hər bir qidadan, ədviyyatdan öz normasında qıdalanmaq lazımdır.

 

Yaxşı qidalanmaq çox yemək anlamına gəlmir. Hər bir insanın öz bədəninin öz kalori ehtiyacı var və ona görə qidalanmaq lazımdır”, - deyə o bildirib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar