İlham Əliyev Azərbaycan və Türkiyə arasında Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumunu təsdiqləyib
04.05.2015 593 0.0 0

 

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi ilə Türkiyə Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Məlumata görə, Dövlət Gömrük Komitəsi fərmanın I hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
 
Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar