İLHAM ƏLİYEV:«BİZ BURADA İKİLİ STANDARTLARI GÖRÜRÜK» -MÜNHEN
08.02.2015 781 0.0 0


Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə," Ukraynada üzləşdiyimiz böyük bir böhranın bəzən unutduğumuz dondurulmuş münaqişələrin həll edilməsi üçün yaxşı təşəbbüslərə təkan verə biləcəyinə dair kifayət qədər nikbinsinizmi? sualını geniş cavablandıran  Prezident İlham Əliyev:

"Əlbəttə, Ukraynadakı faciəvi vəziyyət uzun illərdir davam edən və həlli uzanan digər münaqişələrə də diqqəti yönəldir. Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb." deyə cavab verib

Daha sonra , bu münaqişənin digər vacib beynəlxalq hadisələrin kölgəsində qaldığını bildirən Azərbaycan dövlət başçısı .Ukrayna məsələsinin bu münaqişəyə müəyyən diqqəti cəlb etdiyini söyləyib. "Hesab edirəm ki, Ukrayna məsələsindən çıxarılan dərslər çox diqqətlə öyrənilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi. Çünki burada eyni ssenari - ərazi bütövlüyünün eyni qaydada pozulması, eyni nəticə, işğal, separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki əksidir. Ona görə də biz beynəlxalq ictimaiyyətdən, dünyanın aparıcı ölkələrindən eyni yanaşmanı gözləyirik. Bizə gəldikdə, postsovet məkanının digər münaqişələrindən fərqli olaraq BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə var. Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki, həmin qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət etmirlər." deyə açıqlama verib.

Bundan başqa NATO ilə Azərbaycan, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsi hər iki tərəf üçün qənaətbəxş olduğunu nəzərə çatdıran İ.Əliyev. Nə NATO-nun, nə də Avropa İttifaqının danışıqlar prosesinə birbaşa müdaxilə etmək niyyətinin olmadığını bildirib. 

"Bu iki təşkilatın rəsmiləri həmin faktı dəfələrlə qeyd ediblər. Buna görə də biz əslində, öz resurslarımıza güvənirik. 21 il bundan əvvəl atəşkəs rejimi elan olunanda Azərbaycanın əsas hədəfi dövlət və güclü iqtisadiyyat qurmaq, özümüzə güvənmək idi. Həmin vaxt bizim hələ də ümidimiz var idi ki, beynəlxalq ictimaiyyət ədaləti bərpa etmək üçün nə isə bir iş görəcək. Başlanğıcda bizim çoxlu ümidlərimiz var idi. Bayaq qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələr və digər beynəlxalq təsisatlar həmişə bizim mövqeyimizi dəstəkləyiblər. Lakin zaman keçdikcə biz gördük ki, bu qətnamələr sadəcə kağız üzərində qalır və bunlar sadəcə bəyanatlardır, səfərlərdir, fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur. Sonra biz başa düşdük ki, dövlətimizin taleyi bizim öz əlimizdədir." deyə Azərbaycan prezidenti qeyd edib

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar