İkinci Dünya Müharibəsindən qalma bomba partladı-ölənlər var
14.06.2015 937 0.0 0

Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, Rusiyayanın Kareliya Respublikasında İkinci Dünya müharibəsindən qalma bomba partlayıb.Əldə olunana  məlumata görə parlayış nəticəsində 3 nəfər dünyasını dəyişib.

Hadisə ilə əlaqədar Kareliya Respublikası Daxili İşlər Nazirliyi  mətbuat mərkəzindən verilən açıqlamada, Louxsk rayonunda dünən gecə 23.00-radələrində baş vermiş partlayışda 2 nəfərin hadisə yerində öldüyü, 43 yaşlı digər bir şəxsin isə ağır yaralı olaraq aparıldığı xəstəxanada həyatını itirdiyi məlumatı verilib.

Partlayışda həyatını itirənlərin paytaxt Moskvadan bölgəyə gəzmək üçün gələn turistlər olduğu və hadisə ilə əlaqədar istintaq başladıldığı bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar