İki şagird narkotik maddə satdığı üçün məsuliyyətə cəlb olunub
14.03.2016 492 0.0 0

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilən 2587 nəfərdən 7-i 18 yaşadək olan şəxslər olub
 Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2015-ci il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3187 fakt aşkar edilib.
 
Məlumata görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın İşçi Qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə əksini tapıb.
 
Bu faktlardan  916-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2062-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 193-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərləri olub. İl ərzində cinayət məsuliyyətinə 2587 nəfər cəlb olunub ki, onlardan 7 nəfəri 18 yaşadək, 565 nəfəri 30 yaşadək, 2015 nəfəri 30 yaşdan yuxarı, 18 nəfəri fəhlə, 7 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 2 nəfəri nəqliyyat işçisi, 2 nəfəri orta məktəb şagirdi, 2261 nəfəri işləməyənlər, 2535 nəfəri kişilər, 52 nəfəri isə qadındır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar