İcra Hakimiyyətinin yalanı üzə çıxdı- komandirin evi bilərəkdən sökülüb qardaşı da döyülüb (FOTO,VİDEO)
01.05.2016 2680 0.0 0

İlk öncə onu bildirək ki, aprel ayının 12-də Qazeta.info saytında Abşeron rayonun torpaq fonduna aid olan lakin Sabunçu rayonunun inkişaf planına daxil edilmiş , artıq yeni qaz və işıq xətləri ilə tam təchiz olunan ərazidə  Cəbhədə döyüşən tank komandirinin evini İcra Hakimiyyəti əməkdaşları sökdü-VİDEO, FOTO başlıqlı yazı dərc olunmuşdu.

Məlum olduğu kimi, qeyd edilən ərazidə böyük bir tikinti bumunun olması səbəbilə Ramana qəsəbəsinin həmin ərazisində böyük bir şəhərcik salınıb. Xəbərdə hərbçinin qardaşı Coşqun Çobanov bildirmişdir ki, onlar evin tikintisinə hələ 2013-cü ilin yayında başlayıblar. Bildirildiyinə görə, qardaşı tikintiyə başlamaq üçün o zamankı "qaydalara" uyğun olaraq sahə müvəkkili vəzifəsində çalışan polis əməkdaşına 400 AZN verib. Maddi imkansızlıq ucbatından tikinti yarımçıq saxlanılıb.  Lakin tikintini bu ilin mart ayının sonunda yenidən davam etməyə başlayıblar. Bu zaman Sabunçu rayon İcra Hakimiyyətinin işçiləri peyda olub və hərbçinin qardaşından pul tələb ediblər.Lakin məlum tikintidən pul ala bilməyəcəklərini görən Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları Fərid Məmmədəliyev və Abbas Nəbiyev hərbçi Cavid Çobanovun evinin bir hissəsini söküb və həmin ərazidə fərdi ev timəyə icazə verilmədiyini bildiriblər.

Qazeta.info bildirir ki, ötən gün qeyd edilən problem ilə başqa bir vətəndaşın da qarşılaşması nəticəsində yenidən gündəmə gələn məsələyə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən "Qafqazinfo"-ya verilən - guya ki, tikilən evin hərbçiyə yox, onun qardaşına məxsus olması barədə açıqlama tamamilə yalandır.

 

Yeni işıq dirəkləri və yeni qaz xətti çəkilmiş sözügedən torpaqlarda salınan qəsəbənin ən son görüntüsü

 

Qazeta.info saytının apardığı video çəkiliş və araşdırma onu göstərir ki, ərazidə heç bir söküntü işləri aparılmamışdır və Sabunçu rayon İcra Hakimiyyəti işçiləri həmin ərazinin hərbçi Cavid Çobanova məxsus olduğuna və ona aid mobil telefon nömrəsinə kimi dəqiq məlumatlara malik olublar.

Bunu söküntü hadisəsi baş verəndən 2 gün sonra C.Çobanova ünvanlanan aşağıdakı bildirişin üzərindəki qeydlərdən də aydın görmək mümkündür.

 

Söküntü hadisəsi baş verəndən 2 gün sonra hərbçinin telefon nömrəsi qeyd edilən  xəbərdarlıq.

 

 

Bundan başqa Hərbçinin qardaşı Coşqun Çobanovun bizə verdiyi məlumatda bildirir ki, " Onlar evi sökəndə mən lazımı sənədləri özlərini Fərid və Abbas Nəbiyev kimi təqdim edən şəxslərə göstərdim. Lakin onlar məndə olan sənədlərə baxmadılar belə. F.Məmmədəliyev bildirdi ki, "qardaşına de yanıma gəlsin." Hadisədən 2 gün keçmişdi, fikirləşdim ki, 2 kisə sement qalıb, gedim onu da bir yerə suvayım ki, qalıb orda daşa dönməsin. Hərbçinin əziyyətlə qazandığı pula alınıb axı. Ramanaya çatıb təzə işə başlamışdım ki, Abbas Nəbiyev deyilən o şəxs yanında da başçının müavini olduğunu bildirən başqa birisi ilə peyda oldu. Palçıq tutduğumu gördü. Bildirdim ki, 2 kisə sement var. Hovuzun da divarına olsa bir yerə yaxım zay olmasın. İndi gedirəm. Əlim palçıqlı idi, ağzımda da siqaret var idi. Tez hasardan üzərimə hücum çəkərək: "Mənlə danışanda siqareti at" deyib sillə ilə siqareti ağzımdan salıb: "Bizdən mətbuata şikayət edirsən. Hələ gəlib yenə burda işləyirsən?" dedikdən sonra girib tikilinin içindən bir divarı yenidən təpiklə uçurdub, gəlib yaxamdan tutub ora-bura dartdı.Hiss etdim ki, bu adam məni davaya salıb şərləmək istəyir. Həmin gündən ordan uzaqlaşdım və Ramanaya getmirəm."

 

P.S . Yuxarıda adı çəkilən bütün tərəflərin fikirlərini də dərc etməyə hazırıq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar