İcra hakimiyyətinin avtomobili körpüdən aşdı-ölənlər və yaralananlar var-Azərbaycanda
06.05.2015 760 0.0 0

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Şəki-Qax avtomobil yolunda qeydə alınıb.
 
Qax rayon sakini, 1963-cü il təvəllüdlü Azər İsgəndər oğlu Qazaxovun idarə etdiyi, Qax rayon İcra Hakimiyyətinə məxsus “QAZ-3110” markalı, 34 AA 054 dövlət nömrə nişanlı avtomobil Kürmük çayı üzərindəki körpüdən aşıb.
 
Nəticədə avtomobildə olan sərnişin Şahid Əhmədov hadisə yerində, digər sərnişin Vüqar Paşayev isə xəstəxanaya aparılarkən yolda ölüb. Avtomobilin sürücüsü və digər sərnişinlər – Asif Məmmədzadə və Firudin Yusifzadə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.
 
Qeyd edək ki, hadisə zamanı ölən Ş. Əhmədov Qax Rayon İcra Hakimiyyətinin əməkdaşıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar