Homoseksuallar İŞİD-lə mübarizə üçün ordu yaratdı- VİDEO
27.07.2017 554 0.0 0

LGBT fəalları İŞİD-lə mübarizə aparmaq üçün ordu yaradıb. APA TV-nin məlumatına görə, bu barədə “Newsweek” məlumat verib.

 

Ordu “Homoseksualların Qiyamçı Qurtuluş Ordusu” (TQİLA) adlanır. Onlar Beynəlxalq Azadlıq Batalyonuna daxil olan Beynəlxalq İnqilabçı Xalq Üsyançı Ordusu ilə birgə mübarizə apardıqlarını bəyan ediblər.

 

“Twitter”də yayımlanan mikrobloqda deyilir ki, təşkilat gender və seksual inqilab ideyalarına dəstək verənlərdən ibarətdir.

 

Ordunun neçə nəfərdən ibarət olduğu hələlik məlum deyil. TQİLA nümayəndəsi Heval Rodjilat qeyd edib ki, onların bölmələri artıq Rəqqada gedən döyüşlərdə iştirak edirlər.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar