YÜK AVTOMOBİLLƏRİNİN BAKIYA GİRİŞİ QADAĞAN EDİLƏCƏK
28.12.2014 697 0.0 0

Baş Dövlət Yol Polisi İdarəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar yük avtomobili sahiblərinə və sürücülərə xəbərdarlıq edib.

 

İdarədən  verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabr 2014 və 4 yanvar 2015-ci il tarixlərinin istirahət günü olması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq Azərbaycan Respublikası DİN Baş DYP İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bir daha nəzərinə çatdırır ki, özlərinə məxsus və ya istifadələrində olan yük avtomobilləri ilə saat 8:00-dan 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar.

 

Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutlmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər.//Avtosfer.az


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar