Metroda qatarın altında qalan sərnişin barədə rəsmi açıqlama
13.01.2015 986 0.0 0

Bu gün axşam saatlarında Bakı Metropoliteni "Neftçilər" stansiyasında baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama verildi.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  bildirdi ki, kütləvi informasiya vasitələrində yayılmış xəbər tamamilə yalandır.

N.Paşayevin sözlərinə görə, qatarın altına düşdüyü iddia edilən şəxs heç də 8-9 yaşlarında deyil. O, 1985-ci il təvəllüdlü Əliyeva Sevincdir.

"Hadisə bu gün 17:32-də "Neftçilər" stansiyasında baş verib. Belə ki, "Həzi Aslanov"dan "İçərişəhər" stansiyasına doğru hərəkət edən 5 saylı qatar "Neftçilər" stansiyasında platformada dayanıb. Qatar platformada dayanıbsa, insan onun altına necə düşə bilər? Axı orada yer yoxdur. Hadisə əslində belə baş verib. Qatar hərəkət etdikdən sonra Əliyeva Sevinc müvazinətini itirirərək qatarın arxa hissəsində relslərin üstünə düşüb. O heç də qatarın altında qalmayıb. O, relslərin üzərinə düşən kimi gərginlik dayandırılıb və Sevinc Əliyeva oradan xilas edilib, o, müayinə olunub, sağ-salamatdır", deyə Nəsimi Paşayev bildirdi.

Qeyd edək ki, KİV-də 8-9 yaşlarında bir oğlan uşağının metro qatarının altında qalması barədə xəbər yayılmışdı. Bildirilirdi ki, naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar