Hollivudun 2021-ci ildə ən çox gəlir gətirən filmi məlum olub
27.12.2021 578 0.0 0

"Hörümçək adam: Evə yol yoxdur" filmi 2021-ci ildə nümayiş olunan ən çox gəlir gətirən Hollivud filmi olub.

Məlumata görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
Peter Parkerin macəralarından bəhs edən Marvel-in üçüncü filmi nümayişindən cəmi 12 gün sonra onun kassa gəlirləri 1 milyard dolları ötüb.

Yalnız "Qisasçılar: Final" və "Qisasçılar: Sonsuzluq savaşı" bu göstəriciyə daha az vaxtda - müvafiq olaraq 5 və 11 gündə çatıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar