Əhməd Davudoğlu polisin bu hərəkətindən sonra tapşrıq verdi-VİDEO
08.08.2015 807 0.0 0

 

Türkiyədə xüsusi əməliyyat polislərinin, inşa olunan binaya etdikləri basqın zamanı işçiləri yerə uzadaraq onlara xəbərdarlıq etmələrini əks etdirən görüntülər Türkiyənin sosial mediasında geniş əks-sədaya səbəb olub.

Türkiyənin "Milliyet" qəzetinin "Dəclə Xəbər Agentliyinə" istinadla verdiyi xəbərə görə,  əllərini arxadan bağlayaraq üzüstə yerə yatırmalarıyla əlaqədar  görünüşlərdə yan-yana düzülmüş işçilərə polisin, "Nə etdi lan sizə bu dövlət? Hamınızı tanıyıram mən. Kim ki xəyanət edir qarşılığını görəcək! Türkün gücünü görəcəksiniz!" deyə təhdid dolu sözlərdən istifadə etməsi diqqət çəkib.

Xatırladaq ki,  ictimai mediada əks-sədaya səbəb olan görüntülərdən sonra Baş nazir Əhməd Davudoğlunun Daxili İşlər Nazirliyinə bu istiqamətdə araşdırma aparılması haqda təlimat verdiyi  açıqlaması gəlib.

Açıqlamada , "Baş nazirimiz terrorla mübarizə əməliyyatları çərçivəsində vətəndaşların yerə uzandırıldığı görüntünün  ictimai mediada yayılması  üzərinə Daxili İşlər Nazirliyinə dərhal lazımlı araşdırmanın aparılmasi təlimatını verdi. Terrorla mübarizənin demokratik hüquq dövləti qaydaları çərçivəsində davam etdirilməsinin daha əvvəl də dəfələrlə vurğulayan cənab Baş nazir qanunsuz heç bir hərəkətə icazə verilməyəcəyini də vurğulamaqdadır. Bununla əlaqədar lazımlı araşdırma başa çatdıqdan sonra ictimaiyyətə lazımi açıqlama da veriləcəkdir . " deyə bildirilib

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar