Hakimin oğlunun ölümünə səbəb olan sürücünün məhkəməsində mübahisə yaranıb
29.11.2016 528 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Şakir Quliyev ifadə verib. O, bildirib ki, hadisə baş verən əraziyə yaxın məsafədə olub: "Maşına baxanda içində heç kim yoxu idi. Maşının qabaq hissəsindən Raufu dartıb çıxardıq. Təcili yardıma zəng elədim, Raufun ayaqlarının qırıldığını və daxili qanaxması olduğunu dedim. Hadisə yerinə yol polisi gəldi. Rəhim Kərimov hadisəni törətdiyini bildirdi və sənədlərini polisə təqdim etdi. Rəhim Kərimov yuxulu kimi idi. Təcili yardım hardasa 10-12 dəqiqəyə gəldi. Uşağın vəziyyəti ağır idi. Onu xəstəxanaya aparandan sonra çıxıb getdim".

 

 

Şahid prokurorun və vəkillərin suallarına cavab olaraq bildirib ki, yolda hərəkət edən hər hansı avtomobilin sürətli keçdiyini görməyib.

 

 

Şahid Rauf Şükürov isə deyib ki, hadisə baş verəndə R. Kərimovla bir yerdə olub: "Gecə idi, yuxuluydum. Gözlərimi bağlamışdım. Qabaqda mən oturmuşdum. Bir anlıq arxada oturan Musa qışqırdı, mən ayılandan sonra gördüm ki, hadisə baş verib. Maşından düşdüm. Musa uşağı yerdə qucaqlamışdı. Rəhimin də əli sınmışdı. Vəziyyət çox ağır idi. Rəhimi taksi ilə yola saldıq".

 

Vəkil Orxan Əhmədov şahidinin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu deyib

 

 

Zərərçəkmiş şəxsin nümayəndəsi İradə Cavadova təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədova istiqamətverici suallar verdiyini deyərək irad bildirib.

 

 

Vəkillər arasında mübahisə yaranıb.

 

 

Məhkəmə dekabrın 6-da davam etdiriləcək.

 

 

Qeyd edək ki, bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.

 

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.

 

Hadisəni törədən şəxsin atası isə Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovdur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar