Həsən Ruhani: Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur
21.12.2016 1236 0.0 0

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

 

“News.am” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani həmkarı Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

 

H. Ruhani bildirib ki, Ermənistan və Azərbaycan İrana dost dövlətlərdir: “Biz ümid edirik ki, bölgədə sülh və sabitliyin bərqərar edilməsinin şahidi olacağıq. Bu, bütün bölgəyə xeyir verəcək. Məsələnin hərbi yolla həlli yoxdur və biz münaqişənin sülh yolu ilə həllini görmək istəyirik”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar