Həsən Ruhani: `İranın Azərbaycan və Gürcüstanla nəqliyyat əlaqələrinin qurulması böyük əhəmiyyət daşıyır`
25.04.2017 458 0.0 0

”Bu gün İran dəmir yolu sistemi ilə Azərbaycan arasında əlaqə yaradılması, eləcə də Gürcüstanla şose yolu və dəmir yolu əlaqələrinin qurulması regionda tranzit üçün çox böyük əhəmiyyət daşıyır. İran və Gürcüstan arasında bu sahədə əməkdaşlığın dərinləşməsi regionun inkişafına kömək edə bilər".
 
“apsny.ge” saytına istinadən verilən məlumata görə, bu sözləri İran prezidenti Həsən Ruhani Tehranda Gürcüstanın baş naziri Georgi Kvirikaşvilini qəbul edərkən deyib.
 
G. Kvirikaşvilinin İranın vitse-prezidenti İshaq Cahangiri ilə keçirdiyi görüşdə isə Fars Körfəzi ilə Qara dəniz arasında nəqliyyat dəhlizinin yaradılması məsələsi müzakirə edilib. “Şimal-Cənub dəhlizi məsələsi və ya İran-Ermənistan-Gürcüstan, yaxud İran-Azərbaycan-Gürcüstan vasitəsilə Fars körfəzi ilə Qara dəniz arasında əlaqənin yaradılması böyük əhəmiyyət kəsb edir,” - deyə E.Cahangiri söyləyib. Onun sözlərinə görə, Şimal-Cənub marşrutu Fars Körfəzi ilə Qara dəniz arasında əlaqə yaratmaqla Gürcüstan, Ermənistan, Azərbaycan və İranı birləşdirəcək.
 
İran Gürcüstanla energetika sahəsində əməkdaşlığa və bu ölkəyə təbii qaz ixrac edilməsinə hazır olduğunu da açıqlayıb.
 
G. Kvirikaşvili səfər zamanı İran parlamentinin sədri Əli Laricani ilə də görüşüb. G. Kvirikaşvili İranda olduğu zaman İran xarici işlər naziri Məhəmməd Cavad Zərir Tiflisə səfər edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar