Hərbi təlimlərində iştirak edəcək Türkiyə mühəndis-texniki heyəti Azərbaycandadır-FOTO
24.08.2015 708 0.0 0

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.
Hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyətlər həyata keçirilir.

Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki,  birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.
Təlimlər sentyabrın 18-dək davam edəcək.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar