Hərbi çevriliş cəhdində CİA izi? – Moskvadan ŞOK İDDİA
26.07.2016 659 0.0 0

Rusiya parlamentinin aşağı qanadı olan Dövlət Dumasının təhsil komitəsinin başçısı Vyaçeslav Nikonov Fəthullah Gülənin mümkün ekstradisiyasını şərh edib.

 

Rusiya mediasına istinadən xəbər verilir ki, komitə başçısı Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üçün çalışdığını və ABŞ-ın Güləni Türkiyəyə qaytarmayacağını deyib.

 

“Hərbi çevriliş cəhdində Amerikanın izi var. Gülənin CİA üçün işlədiyini hər kəs çoxdandır bilir. Güləni Türkiyəyə qaytarmayacaqlar”, - Nikonov “Rossiya-1” telekanalının efirində söyləyib.

 

Nikonov NATO-ya üzv ölkələrinin qatıldığı Varşava sammitində heç kimin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əlini sıxmadığını bildirib.

 

“Çünki Ərdoğan sammitdən üç gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə barışmışdı”, - o, qeyd edib./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar