Həmsədrlər bu gün Vyanada Minsk qrupu üzvlərini danışıqlar barədə məlumatlandıracaqlar
03.07.2017 711 0.0 0

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanaya səfər edəcəklər.

 

Məlumata görə, bu bərədə həmsədrlərin regiona səfərləri ilə bağlı iyunun 19-da yaydıqları bəyanatda göstərilib.

 

Onlar Minsk qrupu üzvlərini münaqişənin həlli istiqamətində atılan addımlar barədə məlumatlandıracaqlar.

 

Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar