Həcc ziyarətində ölən zəvvarların sayı durmadan artır - VİDEO- FOTO
25.09.2015 642 0.0 0

Hadisə nəticəsində 863 zəvvarın xəsarət aldığı bildirilir

Məkkədə Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 753 nəfərə çatıb.
 
Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 863 zəvvarın xəsarət aldığı bildirilir.
 
Ölənlərin əsasən Afrika ölkələrindən gələn zəvvarlar olduğu açıqlanıb. Ölən və yaralanan ziyarətçilərin təxliyəsi üçün 4 min həkim personalı, 220 təcili yardım maşını cəlb olunub.
 
Qeyd edək ki, indiyədək Məkkədə ən böyük faciə 1990-cı ildə baş verib. Zəvvarlar tuneldən keçən zaman havalandırma sisteminin sıradan çıxması nəticəsində 1426 ziyarətçi dünyasını dəyişib./apa/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar