Gürcüstanda 4 trilyon kubmetrlik qaz yatağı tapılıb
03.02.2016 536 0.0 0

Gürcüstanda 3,8 trilyon kubmetrlik qaz yatağı aşkarlanıb.Məlumat ki, Şərqi Gürcüstan ərazisində yerləşən yatağı ABŞ-ın "Frontera Resources" şirkəti aşkarlayıb.
 
Bildirilir ki, şirkət qarşıdan gələn 5 il ərzində yataqdan hasil olunan qazı Türkiyə və Avropa ölkələrinə ixrac etmək niyyətindədir.
 
Buna münasibət bildirən Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili deyib ki, nazirlik şirkətdən rəsmi təsdiq gözləyir: "Artıq 3 ildir ki, ABŞ şirkəti buna bənzər bəyanatlar verir. Əvvəl bildirirdi ki, yatağın ehtiyatları 43 milyard kubmetrdir, sonra bu rəqəm 1 trilyona çatdı, indi də deyirlər ki, 3,8 trilyon kubmetr qaz ehtiyatlarına malik yataq aşkarlamışıq. Biz bununla bağlı rəsmi təsdiq gözləyirik"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar