Gülnarə Kərimova zəhərlənərək öldürülüb - MTN-dəki gizli mənbə
22.11.2016 1264 0.0 0

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölüm xəbəri yayılıb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, adını gizli saxlayan Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı iddia edir ki, 44 yaşlı Gülnarə Kərimova noyabrın 5-i zəhərlənərək öldürülüb və elə həmin gecə Daşkənddə yerləşən “Minor” qəbristanlığında dəfn edilib.

Dəfndə şəxsən iştirak etdiyini deyən mənbənin sözlərinə görə, məzarın üstü torpaqla örtülərək yerlə yeksan edilib. 

Artıq sosial mediada G. Kərimovanın ölüm xəbəri yayılmağa başlayıb. Tvitterdə “Gülnarəni göstərin” adlı hesab jurnalistlərə, beynəlxalq ekspertlərə, Mərkəzi Asiyada ixtisaslaşan jurnalistlərə müraciət edərək Kərimova barədə dəqiq məlumat istəyir və Gülnarənin ən azından video müraciət etməsini tələb edir.

 

 

Xəbər ətrafındakı müəmma bununla da bitmir. Belə ki, ölüm xəbərindən qısa müddət sonra tvitterdə Gülnarə Kərimovanın adına olan hesab açılıb və köhnə fotolar yeni çəkilimiş kimi paylaşılmağa başlanıb. Aktivlik göstərən hesab sahibi hər kəsi inandırmağa çalışıb ki, Gülnarədir və ölməyib.

Ölkənin yerli mətbuat qurumlarında biri yayılan xəbərlərlə bağlı Nazirlər Kabinetinə sorğu göndərib. Sorğunu prezident səlahiyyətlərini icra edən Şavkat Mirziyayev cavablandıraraq bildirib ki, onlara G. Kərimovanın taleyi barədə heç nə məlum deyil. Mirziyayev onu da əlavə edib ki, ölüm barədə xəbərlər heç məişət səviyyəsində belə yayılmayıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar