Göyçayda yol qəzasında ölən polisin anası intihara cəhd edib - YENİLƏNİB
17.09.2016 889 0.0 0

Göyçay rayon Polis Şöbəsinə məxsus xidməti avtomobili aşıraraq dünyasını dəyişən polis əməkdaşının anası intihara cəhd edib.

 

APA-nin yerli bürosunun xəbərinə görə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində Göyçay rayon Polis Şöbəsinin əməliyyat-axtarış üzrə müvəkkili, polis leytenantı, İsmayıllı rayon sakini 1989-cu il təvəllüdlü Mustafayev Asiman Müqabil oğlu idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobili aşırıb.

 

Hadisə barədə xəbəri eşidən anası, İsmayıllı şəhərinin Q. Əsədov küçəsindəki 11 saylı evdə yaşayan, 1967-ci il təvəllüdlü Mustafayeva Qəribə Alməmməd qızı Göyçay Mərkəzi Rayon Xəstəxanasına (MRX) gedərkən yolda oğlunun ölüm xəbərini alıb və sürətlə hərəkətdə olan avtomobilin qapısını açaraq özünü atıb.

 

Q. Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay MRX-na yerləşdirilib. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

***

 

 

Göyçay rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, hadisə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.

 

Göyçay Rayon Polis Şöbəsinin əməliyyat-axtarış üzrə müvəkkili, polis leytenantı, İsmayıllı rayon sakini, 1989-cu il təvəllüdlü Mustafayev Asiman Müqabil oğlu idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobili aşırıb.

 

Məlumata görə, Anar Mustafayev Göyçay şəhərinə işə gedərkən qarşısına çıxan inəkləri vurmamaq üçün avtomobili yoldan kənara çıxarıb, yağışlı havada yol sürüşkən olduğundan sürücü idarəetməni itirərək avtomobili aşırıb.

 

A. Mustafayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar