Fransada İki ölkənin futbol azarkeşləri arasında kütləvi dava-VİDEO
22.06.2016 851 0.0 0

Fransada Ukrayna və Polşa azarkeşləri arasında qarşıdurma baş verib

 

Marseldə AVRO-2016 çərçivəsində Ukrayna-Polşa matçından öncə futbol azarkeşləri arasında toqquşma baş verib.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, hadisə yerində olan polis qüvvələri qarşıdurmanın daha geniş vüsət almasının qarşısını alıblar.

 

Məlumata görə, toqquşma qəfil baş verib, bir neçə azarkeş saxlanılıb, daha aqressiv fanatlara qarşı su şırnaqlarından istifadə olunub.  

 

Qeyd edək ki Ukrayna-Polşa matçı polyakların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Polşa millisi AVRO-2016-nın “pley off” mərhələsinə özünə vəsiqə təmin edib. Ukrayna millisi mübarizəni dayandırıb. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar