FRANSADA 12 NƏFƏRİ QƏTLƏ YETİRƏNLƏR HƏBS OLUNDU-FOTO
08.01.2015 830 0.0 0

 

Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum edərək 12 nəfəri öldürən 3 nəfəri həbs edib.

Məlumata görə, bu haqda Fransa mətbuatı xəbər yayıb.

Canilərin hər üçü ərəb mənşəli Fransa vətəndaşlarıdır. Onlardan 34 yaşlı Şeirif və 32 yaşlı Said Kuaşi qardaşdır. Hadisəyə səbəb olanlardan ən cavanı 18 yaşlı Həmid Muraddır.

Fransa Daxili İşlər Nazirliyi isə xəbəri təkzib edib. DİN-in açıqlamasında bildirilir ki, terrorçuların yeri müəyyən olunub. Onlar mühasirəyə alınıblar.

Qeyd edək ki, ötən gün “Charlie Hebdo” jurnalına hücum zamanı 12 nəfər öldürülub.
//AnsPress

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar