FED rəhbərinin müavini istefa verib
06.09.2017 663 0.0 0

ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) rəhbərinin müavini Stenli Fişer istefa edib.

 

Məlumata görə, S. Fişer istefa məktubunu prezident Donald Trampa təqdim edib.

 

S. Fişer məktubunda istefasının səbəbini açıqlamayıb. Buna baxmayaraq, 73 yaşlı görkəmli maliyyəçi FED-də işləməkdən qürur duyduğunu bildirib.

 

Müavininin istefasını şərh edən C. Yellen isə bildirib ki, S. Fişer FED-in pul-kredit siyasətində müstəsna xidmətləri olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar