Ermənistanda əsgər güllələnərək öldürülüb, xidmət yoldaşı saxlanılıb
04.01.2022 307 0.0 0

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Movses Tadevosyan güllələnərək öldürülüb.

“Sputnik Armenia”ya istinadən xəbər verilir ki, hadisə dekabrın 31-də baş verib.

Qeyd olunub ki, Vayosdzor rayonunun döyüş postunda xidmət edən hərbçi, 2003-cü il təvəllüdlü Movses Tadevosyan başından güllə yarası alıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanaya aparılarkən yolda ölüb.

Movses Tadevosyanın xidmət yoldaşı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar