Ermənistan tələbələri orduya cəlb etmək istəyir
28.04.2016 768 0.0 0

Ermənistan hökuməti ali məktəblərdə təhsil ilə əlaqədar orduya çağırış möhlətinin ləğv edilməsi barədə qanun layihəsini parlamentə təqdim etmək niyyətindədir.

 

“İnterfaks” agentliyinə istinadən verilən məlumata görə, bu barədə hökumət aparatının rəhbəri David Arutünyan bildirib.

 

“18 yaşına çatmış şəxslər ordu sıralarına çağırılmalıdır. Bir ay ərzində müvafiq qanun layihəsi parlamentə təqdim ediləcək”, deyə D.Arutünyan parlamentdə çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, istisnalar yalnız hərbi sənaye ilə əlaqəli ixtisaslara şamil olunacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar