Ermənistan qarışdı: Yüzlərlə insan Gümrü küçələrinə çıxdı-(VİDEO, FOTO)
26.09.2015 983 0.0 0

 

Ermənistanın Gümrü şəhərində konstitusiya islahatlarına qarşı çıxış edənlərin kütləvi etiraz aksiyası başa çatıb.

Məlumata görə şəhərin mərkəzi küçələrində yürüş edən ermənilər islahatlar əleyhinə şüarlar səsləndiriblər. Yürüş polislərin ciddi nəzarəti altında baş tutub.

Gümrüdə keçirilən mitinqə “İrs” partiyasının nümayəndəsi Raffi Ovanesyan, Zarui Postancyan, habələ “Erməni milli konqressi”ndən (EMK) Levon Zurabyan, Aram Manukyan qatılıblar.

Ermənistanda konstitusiya islahatlarının layihəsi artıq milli şuraya təqdim olunub. İslahatlar proporsial seçki sistemini nəzərdə tutur. Parlament təmsilçilərindən EMK və “İrs” partiyasının nümatyəndəliri islahatlara qarşı “Yox” cəbhəsi yaradaraq ölkədə baş verəcək dəyişikliyə qarşı mübarizə aparırlar.

“Yox” cəbhəsinin növbəti mitinqi paytaxt İrəvanın Azadlıq meydanında oktyabrın 2 baş tutacaq. 

 

Gümrüdə baş tutan etiraz aksiyası


Daha əvvəl sentyabrın 18-də deputat Zarui Postancyan parlamentdə çıxış edərkən konstitusiya islahatlarına qarşı çıxış etməyə və Serj Sarkisyanı devirməyə çağırıb. 

EMK partiyasının sədri Levon Ter-Petrosyan isə bu islahatları dəyişiklik deyil, dövlətinin əsaslarına zidd olan yeni konstitusiya olduğunu bildirib.

 

Zarui Postancyan - Ermənistan Parlamentinin deputatı


Son zamanlar qonşu ölkədə hökümətə qarçı etiraz aksiyalarının sayı artıb. Gümrüdən əvvəl paytaxt İrəvanda da etiraz aksiyası qeydə alınıb.
Fəallar iqtidar partiya nümayəndələrinə qarşı sərt ittihamlar səsləndirib, onları hakimiyyətdən sui-istifadə etməkdə təqsirləndiriblər. Etirazçılar hökuməti istefaya çağırıb.

Onlar dövlət məmurlarını öz şəxsi hesablarını yüksəltmək üçün özlərinə sərf edən qərarlar qəbul etməkdə ittiham ediblər. Fəalların əsas tələbləri sırasında prezident Serj Sarkisyanın həbs edilməsi tələbi də olub.

Lakin Ermənistan prezidenti Sarkisyan hər gün adının etirazlarda səslənməsinə baxmayaraq baş verənlərə münasibət bildirməyə tələsmir.

Baş verənlərin fonunda Sarkisyanın göstərişi ilə tərtib edilən yeni konstitusiya qaydaları içtimaiyətin səbrini tükəndirir. 

Erməni politoloqlarının şərhinə görə yeni konstitusiyanın qəbulu ölkədə insan hüquqlarını məhdudlaşdıracaq. “Vətəndaşların 18 əsas azadlığı qanunla məhdudlaşdırılacaq. “Konstitusiya deyir ki mənlik deyil” Məsələm insanın mənzil hüququ var və bu 1995-ci il Konstitusiyası ilə qorunur, lakin yeni qəbul edilən qanuna görə içtimaiyi marağlar xeyrinə mənzil sahibindən istənilən zaman alına bilər. Bundan sonra bunun insanların marağları çərçivəsində edildiyini bəyan etmək gülüncdür”

Ermənistanın apardığı aqressiv siyasəti ölkənin regional iqtisadi layihələrdən kənar qalamasına və nəticədə iqtisadi vəziyyətinin gərginləşməsinə gətirib çıxarıb. İndi ölkə qərb ölkələrindən gələn maliyyə axınının qurtarmaması üçün ABŞ və Avropa qarşısında konstitusiya islahatları vasitəsi ilə demokratiya illüziyası yaratmağa çalışır. Bunnan əlavə yeni konstitusiya müxalifəti siyasi mübarizədə iştirakdan məhrum edərək parlament seçkilərində bütün şanslarını sıfıra endirir.

Avropadana daha çox demokrat görsənmək istəyi isə Ermənistanın üzərindən “Oliqarx ölkəsi” ləkəsini götürmür, əksinə bu rejimin daha da çox bərkiməsinə səbəb olur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar