Ermənistan ordusunda daha bir müəmmalı ölüm hadisəsi baş verib
05.09.2017 672 0.0 0

Ermənistan Silahlı Qüvvələrində daha bir müəmmalı ölüm hadisəsi baş verib. 

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, sentyabrın 2-də Azərbaycanın işğal olunmuş Xocəvənd rayonunda yerləşən Ermənistan ordusunun bölmələrindən birində müəmmalı şəraitdə ağır yaralanan, Kanakerdən olan hərbi qulluqçu Qvidov Petrosyan hərbi tibb məntəqəsinə gecikdirildiyindən dünyasını dəyişib.

Bu barədə ölən hərbi qulluqçunun yaxınları məlumat verib və xəbər Ermənistan sosial şəbəkələrində paylaşılıb.

Q.Petrosyanın hansı şəraitdə, hansı səbəbdən öldüyü, yaxud öldürüldüyü barədə istintaq sirri bəhanəsi ilə heç bir xəbər verilməməsi isə hərbçinin valideyinlərinin ciddi narazılığına səbəb olub. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar