Ermənilərin tükənməyən Bəşər Əsəd sevgisi
28.05.2015 685 0.0 0

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Suriya prezidenti Bəşər Əsəd ilə görüşüb. Onun bu addımı ölkədə birmənalı qarşılanmatıb və ictimaiyyətin, müxalifətin böyük narazılığına səbəb olub.

Məlumata görə, əhalinin çoxu Ermənistan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərin Suriya diktatoru ilə əməkdaşlıq etməsinin utancverici olduğunu söyləyir. Onların fikrincə, Serj hakimiyyətinin bu addımı ölkənin imicinə böyük zərbədir və demokratik dəyərlərə yox, insan hüquqlarının pozulmasına, anarxiyaya, vətəndaş qarşıdurmasına üstünlük verməsinin bariz nümunəsidir.

Maraqlıdır ki, Edvard Nalbandyan Suriyanın xarici işlər naziri Valid əl-Muallem ilə birgə keçirdiyi mətbuat konfransında "quş buraxıb", Qərb dairələrini qıcıqlandıran açıqlama verib. O bildirib ki, Ermənistan, həmçinin Rusiya və İran Suriyaya böyük dəstək göstərir. Mənim Suriyaya səfərim və Bəşər Əsədlə görüşüm bu dəstəyin bariz nümunəsidir. Dünya Bəşər Əsədin devrilməsini istədiyi halda, bu ölkənin hakimiyyəti onu müdafiə edir. 

Təbii ki, Ermənistan XİN rəhbərinin bu sözləri ABŞ-a və Avropaya yönəlib. Həmişə vədinə dönük çıxan, söylədikləri yalanlarla iqtidar müddətini uzatmaqla məşğul olan bu üzdəniraq siyasətbazlar düşdükləri vəziyyətin nə qədər acınacaqlı olduğunu hələ də dərk etməkdə çətinlik çəkirlər. Nalbandyanların Bəşər Əsəd rejiminə dəstək verməsi açıq-aydın Qərbdən üzdöndərməkdir. 

Aclıq, səfalət içində boğulan erməniləri xoş heç nə gözləmir. Sarkisyanın məqsədi İrəvanda onun yaratdığı rejimin siyasi xəttini bəyənməyənlərin ölkəni tərk etməsinə nail olmaqdır. Çünki, bu, onların işinə yarayır. Belə ki, respublikanı tərk edənlərin yerini Suriyadan və Livandan qaçan ermənilərlə doldurmaq istəyirlər. 

Diqqətə çatdıraq ki, 2011-ci ildə başlayan münaqişədən ötən dövrdə Suriyadan və Livandan Ermənistana minlərlə etnik erməni qaçıb. Dünyada ermənilər yeganə tayfadır ki, yaşadıqları ölkədə vəziyyət çətinləşən kimi dabanlarına tüpürüb qaçmağa üstünlük verirlər. Köhnə peşəni yaşatmaq isə ermənilər üçün qəhrəmanlıq rəmzi sayılır.

Xatırladaq ki, Nalbandyan Suriyadan əvvəl Livanda olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar