Ermənilərin ağ yalanı bu VİDEO ilə ortaya çıxdı
09.02.2017 5754 0.0 0
Qazeta.info Baku.ws -ə istinadla xəbər verir ki, düşmən tərəfində itkilərin sayının çox olması isə jurnalist, fotoqraf Qaqik Şamşyanın əsgərlərdən birinin dəfn mərasimində paylaşdığı video ilə ortaya çıxarıb. Ötən gün ermənilərin yaydığı rəsmi məlumatda fevralın 8-də saat 11.00 radələrində təmas xəttinin şimal istiqamətində 1979-cu ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbçi Geqam Manukyan öldürüldüyü deyilirdi. Bundan əlavə saat 12.00 radələrində təmas xəttinin Ağdərə istiqamətində həqiqi hərbi xidmət keçən əsgər Koryun Kirakosyanın ağır yaralandığı deyilirdi. 
 
Lakin bu gün sözgedən separatçı rejim rəhbərliyi və yüksək rütbəli hərbçilər 19 yaşlı Gor Qareqinyanın dəfn mərasimində iştirak edib. Hərbçinin evindən reportaj hazırlanıb. Məlumatda bildirib ki, 19 yaşlı Gor fevralın 8 də təmas xəttində baş verən qarşıdurma zamanı öldürülüb. Bu fakt ermənilərin dünənki gün xeyli itki verdiklərini, ancaq bunu ciddi-cəhdlə gizlətməyə çalışdıqlarını sübut edir. 
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar