Ermənilər məzarları ziyarət edən sakinləri atəşə tutub-VİDEO
10.03.2016 618 0.0 0

Ağdamda Novruz bayramı ilə bağlı yaxınlarının məzarlarını  ziyarət etmək istəyən cəbhəyanı kənd sakinləri ermənilər tərəfindən atəşə tutulub.Məlumata görə, bu gün səhər saatlarında havanın dumanlı olmasından istifadə edən Mirəşelli, Baş Qərvənd, Orta Qərvənd və Ayaq Qərvənd kəndlərinin sakinləri qəbirləri ziyarətə gediblər.
 
Duman çəkilən kimi erməni silahlı bölmələri kənd sakinlərini atəşə tutub. Yerli əhali ziyarəti yarımçıq saxlayaraq məzarlığı tərk etmək məcburiyyətində qalıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar