Ermənilər daha bir dinc sakini öldürdü
28.04.2016 1700 0.0 0

Daha bir Ağdam sakini şəhid olub
Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülkü şəxslərdən biri dünyasını dəyişib.
 
Məlumata görə, aldığı qəlpə yaraları ilə AğdamMərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Əli Müseyib oğlu Hüseynov günorta saatlarında vəfat edib.
 
Qeyd edək ki, ermənilərin bütün gecə boyu Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini Famil Əli oğlu Mustafayev aldığı qəlpə yarasından ölüb.
 
Müxtəlif qəlpə yaraları almış yeddi nəfər hazırda Ağdam Mərkəzi Rayon Xəstəxanasında həkim nəzarəti altındadır. Xəstəxanadan verilən xəbərə görə, Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükə yoxdur. Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti isə ağırdır./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar