TARİXÇİ ALİM MİLLİ MƏCLİSİN SON BƏYANATINA MÜNASİBƏT BİLDİRİB
17.12.2014 818 0.0 0

Son günlər Azərbaycan televiziya və radioları yorulmadan ABŞ və Avropanı tənqid və təhqir edirlər. Buna artıq Milli Məclis də qoşuldu. Millət vəkilləri ABŞ-ı vəhşilikdə ittiham etdilər. Mən kimsəyə ağıl vermək istəmirəm. Nə ABŞ-ı, nə də Avropanı müdafiə etmək istəmirəm. Dnüyanın tarixindən az-çox xəbərim vardır.

 

Bir zamanlar dünyada hegemon dövlətlər Şərq dövlətləri idi. Qərb tarixçiləri yazırlar ki, Osmanlı imperiyası ilə XVI əsrdə müqavilə bağlayan dövlətlər onu oxumadan, müzakirə etmədən qol çəkməliydilər. Çünki Osmanlı imperiyasının gücündən qorxurdular. Bu gün də belə bir imperiya rolunda ABŞ çıxış edir.

 

Bizim Qarabağ problemimiz vardır. Siz nə edirsiniz? Fransanı təhqir edirsiniz. Belə də olmaz. Bu ermənilərin dəyirmanına su tökür. Başa düşmək lazımdır ki, biz bu dövlətlərlə işləyə bilməsək, Qarabağamıza əlvida! Çünki bu gün nə biz, nə də ermənilər müharibə edə bilmərik. Rusiyaya inanıbQarabağın qaytarılmasına inanmayın. Rusiya heç bir zaman buna getməz. Sadəcə çıxılmaz vəziyyətə düşüb və bizə meyl edir. Baxın, Rusiya ardıq xarici siyasətini dəyişir.

 

ABŞ və Avropaya qarşı sərt siyasətdən geri çəkilir. Rusiya defolt vəziyyətinə düşməkdədir. Biz isə ABŞ və Avropanı söyməkdə davam edirik. Bu necə siyasətdir? Bayaq dedim ki, tarixçiyəm. Bəli, Amerikada milyonlarla yerli əhali qırılıb. Pisarro və digərləri vəhşiliklər törədiblər. Bunu o zaman ediblər. Çünki onlara var-dövlət lazım idi. Amma gəlin etiraf edək ki, ABŞ bu gün ən demokratik bir dövlətdir. Bunu danmaq cahillikdir. Fransa isə həmişə demokratiyanın beşiyi olub.

 

Deyə bilərəm ki. demokratiya daha çox Şərqdə olub. Bu, artıq keçmişdə qaldı. Bu gün Şərq necə demokratikdir, siz yaxşı bilirsiniz. Biz balaca bir dövlətik. İri güclərin meydanında oynamağı bacarmalıyıq. Daha söyməyi yox. Gəlin pulumuza, neftimizə güvənməyək. Azərbaycan nefti dünya nefti içində az faiz təşkil edir. Qarabağı unutmayın. ABŞ-sız, Avropasız Qarabağı məsələsinin həll edə bilmərik. Biz onlarla yaxşı münasibətlərdə olmağa məhkumuq! Bir az səbrli olun! Sirkə nə qədər tünd olsa, öz qabını çatladar! ABŞ elə dövlətdir ki, 150 il dayanmağa gücü vardır.

 

Dünyanın bütün Nobel mükafatçıları oarada yaşayır. Dünyanın ən görkəmli fizikləri, kimyaçıları orada yaşayır. Dünyada hərbiyə ən çox kapital qoyur. Dünyanı istəsə məhv edə bilər. Bunları düşünün! Azərbaycanın Qarabağ məsələsini düşünün! Razı deyilsinizsə, gəlin günü sabahdan döyüşə yollanaq. Mən buna hazıram! ABŞ və Avropanı söyənlər, siz necə, hazırsınızmı?


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar