Erməni etirafı: İlk Avropa Oyunlarının boykot çağırışlarının mənbəyi məlum olub
10.06.2015 847 0.0 0

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında Amerikada fəaliyyət göstərən erməni təşkilatı durur.  Məlumata görə, bunu Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün “twitter” hesabında yazıb.

A.Hamparyan Azərbaycan mediasının və sosial medianın Avropa Oyunları əhvalında olduğunu yazır. Bununla yanaşı, A.Hamparyan Oyunları boykota çağırır.

Qeyd edək ki, ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır və erməni terror təşkilatı olan ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edir. Qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilir.

Xatırladaq ki, ilk Avropa Oyunlarında Ermənistanın 18 idmançısı iştirak edəcək. Ermənistanlı idmançılar Oyunlarda iştirak etmək üçün bu gecə Bakıya gəliblər./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar