Elmar Məmmədyarov İƏT üzv dövlətlərinin tələbini yüksək qiymətləndirib
29.05.2015 672 0.0 0

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 42-ci sessiyasında çıxış edib.
 

Qazeta.info Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Elmar Məmmədyarov  ilk öncə sessiyanın yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Küveyt dövlətinin hökumətinə səmimi təşəkkür edib. 

Dünyanın və xüsusilə də müsəlman ölkələrinin hazırda qarşılaşdığı əsas çağırışları nəzərə alaraq, “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” haqqında sessiyanın çox aydın mesajlar çatdırmalı və İƏT çərçivəsində İslam dini haqqında məlumatlılığın artırılması üzrə səylərin gücləndirilməsi, eləcə də, müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın təşviqinə töhfə verməli olduğunu bildirib.

Daha sonra E.Məmmədyarov sonuncu iclasdan keçən dövr ərzində Pakistanın Peşəvər məktəbindəki qətliam, Nigeriyada Boko Haram qəddarlığı, Parisdə qəddar qətllər və İŞİD tərəfindən törədilən vəhşiliklər, həmçinin Səudiyyə Ərəbistanı Krallığındakı məsciddə baş vermiş son olaylar kimi kədərli və faciəli hadisələri xatırladaraq, "Bu mənfur əməllərin icraçılarının dini təhrif edərək öz qeyri-insani məqsədləri üçün istifadə etmələri dərin təəssüf hissi doğurur. Nəticədə, bu əməllərin hamısı İslam dininin dünyanın bəzi hissələrində yanlış başa düşülməsinə gətirib çıxarır. İslam bütün etiqadların insanları arasında sülhü və qarşılıqlı anlaşmanı təşviq edən dindir və dini mənsubiyyətindən asılı olmayaraq istənilən insana qarşı zorakılıq və təcavüzün bütün formalarını qəti şəkildə qadağan edir." deyə qeyd edib.

Azərbaycan Respublikasının daim dinlərin nüfuzuna xələl gətirilməsi və dini zəmində nifrətin alovlandırılmasına qarşı mübarizəyə çağırdığını bildirən nazir, Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan terrorizmin bütün forma və təzahürlərini və kim tərəfindən, harada və nə məqsədlə törədilməsindən asılı olmayaraq, terrorçu əməlləri qınadığını bildirib.

Multikulturalizm və tolerantlığın inkişafına davamlı töhfələrimizin tərkib hissəsi kimi 18-19 may 2015-ci il tarixində Bakı şəhərində Mədəniyyətlərarası Dialoq üzrə 3-cü Dünya Forumuna ev sahibliyi etməkdən məmnunluq duyduğunu bildirən XİN başçısı, növbəti il ölkəmizdə BMT Sivilizasiyalar İttifaqının 7-ci Qlobal Forumuna ev sahibliyi etməkdən qürur duyduğunu qeyd edib.
Daha sonra ,"Hamıya məlumdur ki, idman sosial əlaqələrin və şəbəkələrin gücləndirilməsi və sülhün, qardaşlığın, həmrəyliyin, qeyri-zorakılığın və tolerantlığın təşviqi üçün güclü alətdir. Bildiyiniz kimi, 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcəkdir və bizim üçün bu səpkidə olan tədbirə ev sahibliyi etmək böyük şərəf və məsuliyyətdir.

Zati-aliləri,

Fələstindəki vəziyyət və Əl-Qüds Əl-Şərif məsələsi beynəlxalq ictimaiyyətdən vahid mövqenin olmasını tələb edir. Biz İƏT Baş katibi və onun heyətinin bizi səylərimizi birləşdirməyə və Fələstin xalqına bütün zəruri dəstəyin göstərilməsi məqsədilə İƏT Nazirlər Əlaqə Qrupunun səfərlərinin təşkil etməyə yönəlmiş dəyərli işini yüksək qiymətləndiririk. Azərbaycan Hökuməti iki dövlət həllinin tərəfdarıdır və bir daha qardaş Fələstin xalqına sülhə və stabilliyə nail olmaq səylərində və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil dövlətlərinin yaradılmasında tam dəstəyini təsdiq edir."deyə E Məmmədyarov qeyd edib.

 

Daha sonra Azərbaycan islam ümmətinə, İƏT üzv dövlətlərinə və İƏT Katibliyinə Azərbaycan ərazilərinin işğal edilməsinə, təcavüzə və zəbt edilmiş ərazilərdə məlum etnik təmizləməyə görə Ermənistanın qınanılmasındakı uzun müddətli davamlı mövqelərinə görə bir daha səmimi təşəkkür edib.Bundan başqa Nazir, "Biz BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarları ilə tələb olunduğu kimi İƏT üzv dövlətlərinin Ermənistan silahlı qüvvələrinin bütün işğal edilmiş ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələbini yüksək qiymətləndiririk." deyə qeyd edib

 

Bundan başqa, Azərbaycan sürətli iqtisadi inkişafın ardınca son illərdə inkişaf edən donor ölkəyə çevrildiyini qeyd edən E.Məmmədyarov, "2012-ci ildən bəri milli donor institutu olan Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində “Qarşısı alına bilən korluğa qarşı mübarizə ittifaqı” kampaniyası ilə bir sıra Afrika ölkələrində humanitar fəaliyyət göstərmişdir. Nəticədə, kataraktadan əziyyət çəkən minlərlə insanda göz əməliyyatı həyata keçirilmişdir.

Cənab Sədr,

Son olaraq mən bu əhəmiyyətli tədbirə uğurlu müzakirələr arzulamaq və Təşkilatın məqsəd və prinsiplərinin həyata keçirilməsində peşəkarlıqlarına görə İƏT Baş katibi cənab İyad Amin Madaniyə və onun komandasına dərin təşəkkürümüzü bildirmək istərdim."deyə bildirib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar