Ekspertlər: Trampın xarici siyasəti qlobal sabitliyə təhdid yarada bilər
07.12.2016 661 0.0 0

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici siyasəti və Avropada keçiriləcək seçkilər 2017-ci ildə qlobal stabilliyə əsas təhdidlərdir.

 

Məlumata görə, 146 iqtisadçı, strateq və analitik arasında sorğu keçirən "Bloomberg" agentliyinin ekspertləri belə bir qənaətə gəliblər.
 
Agentliyin ənənəvi illik sorğusunda iştirak edən respondentlərin 38%-i Donald Trapmın xarici siyasətindəki qeyri-müəyyənliyi qlobal stabilliyə əsas təhdid kimi görür.
 
Respondentlərin 37%-i isə hesab edir ki, gələn il Avropada keçiriləcək seçkilərin nəticələri dünyada stabilliyi poza bilər. Ekspertlər Almaniyadakı parlament, Fransadakı prezident seçkilərindən narahatdır. Onlar Böyük Britaniyada növbədənkənar seçkilərin keçirilməsini istisna etmir.
 
Sorğu iştirakçılarının 15%-i qlobal stabilliyə təhdid kimi Rusiya prezidenti Vladimir Putinin xarici siyasətini görür./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar