DYP avtomobillərin Müayinə Mərkəzində bazar qanunları
16.09.2017 1002 0.0 0

DYP avtomobillərin müayinə mərkəzində  bazar qanunları höküm sürür 

Avtomobillər üçün qanunda nəzərdə tutulan texniki baxışdan keçmə müddəti bitdiyi üçün texniki baxışdan keçməyən avtomobillər 50 manat cərimə olunur. Lakin gecikmələrə baxmayaraq DYP sürücülərə idarə etdiyi nəqliyyat vasitəsini könüllü şəkildə Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim edənləri inzibati məsuliyyətə cəlb ediləyəcəyini elan edir.

Bildirək ki, həmin yerdə fasiləsiz olaraq avtomobillərə baxış keçirilməli və texniki cəhətdən saz olan avtomobillərə birka verilməlidir.

Saytımıza daxill olan məlumata görə, heç də hər şey DYP-nin mətbat vasitəsi ilə elan etdiyi kimi, qayda qanunla getmir. Hazırda DYP-nin müayinə mərkəzinin önündə pərakəndəlik hökm sürməklə bazar qanunları ilə idarə edilir.

Belə ki, məlumatıma görə, hazırda qurumun Zabrat-Maştağa yolunda yerləşən müayinə mərkəzinə üz tutan avtomobillər müayinəyə cəlb olunmasına imkan verilməyərək darvazanın qarşısında duran polis əməkdaşları tərəfindən giriş qapısının yanındakı xüsusi dayanacaqda saxlanmağa məcbur edilir.

Daha sonra, sürücülərə yaxınlaşan polis əməkdaşları, özləri təyin etdikləri qaydalara uyğun olaraq məbləğlər tələb edirlər.

Qazeta.info -ya verilən məlumata görə, mühərrikin həcmi 2000 kub santimetrdən 3000 kub santimetrədək olan xaricidə istehsal olunan (MDB istahsalı istisna olmaqla) avtomobillərdən 70 AZN, daha iri həcimli avtomobillərdən isə müvafiq olara 90, 110 AZN tələb olunur. Etiraz edənlərə isə gecikdiyi xatırladılaraq cərimə ilə hədələnir.

Əldə etdiyimiz məlumada görə, diqqət çəkən maraqlı məqamlardan biri də, istehsal tarixi yeni olan avtomobillərin texniki baxışı 2 il müddətə nəzərdə tutulsa da orada vasitəçilik edən polis əməkdaşları tərəfindən 2 ci il üçün isə əlavə olaraq 20 manat da tələb olunur. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar