Dünyanın müzakirə mövzusu olan bu görüntü izləyənləri heyrətə salır-VİDEO
21.09.2015 3214 0.0 0

 

Ötən il Mart ayında Əfqanıstanda çəkildiyi iddia edilən bir video görüntü sosial şəbəkələrin müzakirə mövzusu çevrilib. Ötən gündən etibarən bütün dünya mediasında yayılan videoda Taliban düşərgəsinin birinə havadan bombalandığı əks olunub. Bomdardimanı həyata keçirən cismin şəkli və havada hərəkətsiz kimi dayanması hər kəsi çaşqına çevirib.

İnternet mediada və sosial şəbəkələrdə bu görüntüləri izləyərək müzakirə olunan daha çox  bombardmanı edən cismin nə olması ilə bağlıdır.  

Şərhlər arasında əsasən uçan cismin  NUO olduğu iddia olunmaqla yanaşı   ABŞ istehsalı radarlarda yayına bilən və səssiz hərəkət edən TR3 black manta adlı pilotsuz hərbi uçuş aparatı olduğu iddia olunur.

 Lakin xarici KİV-lərin xəbərinə görə, sosial şəbəkələrə və saytlara dünən yüklənən görüntülər, Mart ayında NATO - qüvvələrindəki Amerika əsgərləri tərəfindən Əfqanıstanın şərqindəki Asadabad şəhəri yaxınlığında çəkilib. Qısa müddətdə minlərlə adam tərəfindən izlənilən videoda, üçbucaq şəkilli bir uçan texnikanın Taliban düşərgəsi olduğu  deyilən bir yeri bombaladığı görülür. Xəbərə görə, görüntülərlə əlaqədar hələ rəsmi bir açıqlama verilməyib. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar