DSX Ermənistan mediasının yaydığı xəbərlə əlaqədar məlumat yaydı
03.09.2015 519 0.0 0

03.09.2015-ci il tarixində Ermənistanın bəzi kütləvi informasiya vasitələrində, o cümlədən www.razm.info saytında guya Dövlət Sərhəd Xidmətinin Füzuli rayonunda yerləşən hərbi hissəsinin hərbi qulluqçusu 1991-ci il təvəllüdlü Orxan Yaqubovun öldürüldüyü, Dövlət Sərhəd Xidməti tərəfindən isə hərbi qulluqçunun valideynlərinə onun intihar ertməsi barədə məlumat verildiyi, lakin qohumlarının  onun xidmət yoldaşları tərəfindən qətlə yetirildiyini iddia etdikləri barədə məlumat yayılmışdır.
Qazeta.İnfo bildirir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi  bu məlumat tamamilə yalan və təxribat xarakteri daşıdığını açıqlayaraq, Sərhəd Qoşunlarında Orxan Yaqubov adında hərbi qulluqçu xidmət etmədiyini və ümumiyyətlə belə bir hadisə baş vermədiyini qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar