Dövlət qulluqçularının etik davranışlarına DİM nəzarət edəcək
13.07.2017 784 0.0 0

Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətləri artırılıb. Məlumata görə, bununla bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanununda dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçularının etik davranışlarına əməl olunmasına nəzarət DİM-ə tapşırılıb.

 

Bundan sonra vətəndaşlar dövlət məmurlarının qeyri-etik davranışlarından DİM-ə şikayət edə bilərlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar