Dövlət Komitəsinin keçmiş aparat rəhbəri dələduzluqda ittiham olunur
15.02.2016 520 0.0 0

Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri dələduzluqda ittiham olunur.
 
Məlumata görə, bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkələrdə məlumat paylaşıb. Vəkil qeyd edib ki, Azərbaycanda Dövlət Komitəsinin aparat rəhbəri vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb. Sonra isə ölkədən qaçıb. Vəkil həmin komitənin və pulu alan vəzifəli şəxsin adını açıqlamayıb.
 
Bildirək ki, dələduzluqda ittiham olunan şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovdur.
 
Onun haqda araşdırma aparılması üçün Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə fevral ayının əvvəlində müraciət edilib. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar