Dövlət Departamenti Con Kirbinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şərhində düzəliş edib
22.04.2016 613 0.0 0

 ABŞ Dövlət Departamentinin saytında qurumun mətbuat katibi Con Kirbinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi şərhdə düzəliş edilib.
 
Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, əvvəlki versiyada bildirilirdi ki, “Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya və Fransadan olan həmsədrlərlə birlikdə regiona səfər edib  və birmənalı olaraq danışıqlar prosesinə dönüşün vacibliyini qeyd edib. Biz BMT vasitəsilə hər iki tərəflə uzunmüddətli sülhə nail olmaq üçün işləməyə sadiqik”.
 
Düzəlişdən sonra BMT sözü ATƏT sözü ilə əvəz edilib.
 
Qeyd edək ki, əvvəlki versiyada C. Kirbi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin BMT prosesi çərçivəsində həllini dəstəklədiyini demişdi.
 
*** 01.44
 
 "Biz tezliklə danışıqlar prosesinin  qayıdışını və nizamlanmanı görməyi arzu edirik".  ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verilən xəbərə görə, bunu Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində nizamlanma prosesini ATƏT-in Minsk Qrupu çərçivəsində dəstəklədiyini həmişə ifadə edən Dövlət Departamenti, bu dəfə BMT çərçivəsində nizamlanma prosesini dəstəklədiyini qeyd edib.    
 
“Amerika Birləşmiş Ştatları BMT-in prosesini dəstəkləməyə davam edir və hesab edir ki, bu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ən yaxşı yoludur. Minsk Qrupunun amerikalı həmsədri Rusiya və Fransadan olan həmsədrlərlə birlikdə regiona səfər edib və birmənalı olaraq qeyd edib ki, Biz tezliklə danışıqlar prosesinin  qayıdışını və nizamlanmanı görməyi arzu edirik. Biz BMT-yə və tərəflərin uzunmüddətli sülhə nail olmaq istiqamətində fəaliyyətə möhkəm sadiqik", - deyə Kirbi bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar