Dövlət balansında olan bu avtomobillər ucuz qiymətə satışa çıxarıldı-SİYAHI
24.12.2016 2875 0.0 0

Qazeta.info Əmlak Məsələləri  Dövlət Komitəsinə istinadla bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Bu dəfə  24 yanvar 2017-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri haqda məlumatları diqqətinizə çatdırırıq.

 

Qeyd: 1-4-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
5-6-cı sətirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

 

Qazeta.info əlavə olaraq  qeyd edir ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar