Donald Tramp Obamanın fərmanlarının 70%-ni ləğv etmək niyyətindədir
26.12.2016 569 0.0 0

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra hazırkı dövlət başçısı Barak Obamanın qərarı ilə qüvvəyə minən fərmanların təxminən 70%-ni ləğv etmək niyyətindədir.

Bildirək ki, bu barədə D.Trampın keçid komanda üzvü, Konqresin Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç "Fox News"a müsahibəsində bildirib.

Respublikaçı qeyd edib ki, bunun üçün səviyyəli vəkillər komandasının işi tələb olunur.

N.Qinqriç B.Obamanın siyasətini tənqid edib. O, hazırkı prezidentin təşəbbüsü olan səhiyyə sahəsindəki islahatları xüsusi vurğulayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar