Doğuş Azərbaycanı niyə tərk edir?
18.05.2015 1297 0.0 0

"Mən İstanbulda 3 gün qala bilirəm. Mənim qarşımda Doğuş şərt qoyub". Bunu "Sən tək deyilsən"nin efirində aparıcı Xoşqədəm deyib. 

O, "Doğuş Azərbaycanı niyə tərk edir? Xoşqədəm də həyat yoldaşı ilə gedəcəkmi?" anonsuna münasibət bildirərkən bunu qeyd edib. 

Aparıcı Doğuşun işlərini qoyaraq onun yanında qaldığını deyib. O, studiyaya gələndə aralarında narazılıq olduğunu deyib. 

X.Hidayətqızı həyat yoldaşının mövqeyinin dəyişə biləcəyini deyərək irəliləyən saatlarda bu məsələyə aydınlıq gətirəcəyini deyib. 

O, ötən həftə efirdə vəziyyətinin pisləşməsindən də danışıb. Aparıcı axtarışa gələn Dilbər ananın hekayəsindən təsirləndiyini deyib. "O, ögey oğlunu illərlə böyüdüb. Qazaxıstana yola salıb. İllərdir indi o övladını axtarırı. Onu bir məsələ üçün axtarıb. Ölmədən hər şeyini oğluna bağışlamaq üçün". /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar