Dmitri Medvedev azərbaycanlı məmuru yüksək vəzifəyə təyin etdi
30.01.2017 1508 0.0 0

Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.

"Report" "TASS"-a istinadən xəbər verir ki, bu barədə hökumətin saytında xəbər verilib.

"Azər Mütəllim oğlu Talıbov iqtisadi inkişaf nazirinin müavini təyin edilsin" – deyə sənəddə bildirilir.

O, bu təyinata qədər Mərkəzi Bank sədrinin katibliyinin rəhbəri vəzifəsini tutub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar