DİM 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb
27.12.2021 320 0.0 0

Dövlət İmtahan Mərkəzi 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri haqqında məlumat yayıb.

Qazeta.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ilin yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseyləri şagirdlərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.

Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz: 

İmtahanın adı

Tarixi

Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı

23 yanvar

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı

23 yanvar

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)

13 fevral

Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı

13 fevral

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı

20 fevral

Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)

20 fevral

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı

27 fevral

Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı

28 fevral

TOEFL imtahanı

8, 22 yanvar

12, 19 fevral

GRE imtahanı

9 yanvar

4 fevral

TKT (Teaching Knowledge Test) imtahanı

29 yanvar


Digər aylarda keçiriləcək imtahanların tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar