Devid Harris: `Azərbaycan ABŞ üçün vacib və dost ölkədir`
30.01.2017 852 0.0 0

"Özümüzü Azərbaycanın dostu və tərəfdaşı hesab edirik".

 

Məlumata görə, bunu Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris deyib.

 

O, Azərbaycana 8 nəfərlik nümayəndə heyəti ilə gəldiyini bildirib: “Biz yeni administrasiyadan olan nümayəndələrlə gəlmişik və ümid edirik ki, bu, Azərbaycan-ABŞ  münasibətlərində yeni səhifə açacaq. Həmçinin səfərimiz İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra baş tutub. Biz İsraillə Azərbaycan və ABŞ-la arasındakı münasibətləri yüksək qiymətləndiririk və  vacib hesab edirik. Azərbaycan ABŞ üçün vacib və dost ölkədir".

 

D. Harris Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşə toxunaraq, qeyd edib ki, görüşdə ABŞ-Azərbaycan, İsrail-Azərbaycan münasibətləri, regional məsələlər,  Dağlıq Qarabağ münaqişəsi, Rusiya və İranla münasibətlər müzakirə edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar