Danken Makey: Azәrbaycan bu cür tәnqidlәrә görә məyus olmamalıdır
14.06.2015 851 0.0 0

“Avropa Oyunları Avropa üçün çox vacibdir”.

 

Bunu Böyük Britaniyanın  "İnside the games" idman saytının redaktoru Danken Makey açıqlamasında deyib.

 

Onun sözlәrinә görә, bu oyunlar qitәdәki ölkәlәr üçün rәqabәtli mühit imkanı yaradır: "Hesab edirәm ki, idmanın bir çox növlərinin təmsil olunduğu oyunda iştirak etmәk çox yaxşı imkandır və atletlərə tәcrübә qazandıracaq. Bu oyunların uğurlu olacağına dair heç bir şübhәm yoxdur.  Tədbir çox gözəl təşkil olunub".

 

Danken Makey Bakıya ilk dәfә 2011-ci ildә gəldiyini vә o zamandan hәr il bu şәhәrә səfər etdiyini qeyd edib: "Mən hər dəfə Azərbaycana gələndə paytaxtda böyük inkişafa, dəyişikliyə şahid oluram. Qısa zaman әrzindә Olimpiya standartlarına uyğun idman obyektlәri inşa edilib. Azәrbaycan bununla fәxr edә bilәr”.

 

Avropa oyunlarının açılış mәrasiminin çox yaxşı keçdiyini deyən sayt redaktoru tədbirdə yerli mәdәniyyәtlә, tarix vә beynәlxalq standartlar arasında çox gözәl balansın yaradıldığını vurğulayıb.

 

Britaniyalı jurnalist Azәrbaycana qarşı olan bəzi xarici media hücumlarına da münasibәt bildirib: "Azәrbaycan bu cür tәnqidlәrә görә məyus olmamalıdır. Çünki bu cür əzəmətli tədbir keçirən ölkə bütün diqqəti özünə cəmləyir". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar